Evdə “Xetafe”yə 1-0 hesabı ilə məğlub olduqdan sonra “Barselona”dan 4 xal geridə qalan “Real Madrid” tənqidlərlə üzləşir. İspan jurnalist Manolo Lama dörd oyunçunun adını çəkərək onların “Real Madrid”də oynamaq qabiliyyətinin olmadığını bildirib. Lama yalnız iki oyunçunu tənqid etməkdən çəkinib.
Referans Media xəbər verir ki, “Cadena COPE”də çalışan jurnalist Manolo Lama, Real Madridin “Xetafey”ə məğlubiyyəti ilə bağlı fikirlərini bölüşüb. Ağ-bənövşəyi komandanın əfsanəvi şərhçisi, Alvaro Arbeloanın heyətindəki dörd oyunçunu hədəf alıb:
“Oyunun Madrid cərimə meydançasında başa çatması göstərir ki, bu komandada oynamağa yararsız oyunçular var. Onlar bir dəfə də olsun topu ələ keçirə bilmədilər. Arnold və Huijsenin səhvləri də diqqətəlayiq idi. Karreras və Mastantuonoya baxıb özünüzdən soruşursunuz: “Bunlar Madridin transfer etdiyi oyunçulardır?”
Manolo Lama liqanın 26-cı həftəsinin bağlanış matçında yalnız Vinisius və Arda Güleri tənqidlərdən kənarda saxlayıb. O, komandanın performansının “dəhşətli” olduğunu bildirərək, Madrid azarkeşlərinin qəzəblənmək üçün kifayət qədər səbəbinin olduğunu vurğulayıb.
Matçın sonunda tribunadan “Florentino istefa ver” şüarları aydın şəkildə eşidildi. Lamanın sözlərinə görə, bu şüarların mənası olduqca aydındır:
“Azarkeşlər “Florentino istefa ver” deyəndə, bu layihənin bitdiyinə dair mesaj göndərirlər.”























