Rubionun bu sözləri Lavrovu təşvişə saldı

Rusiya tərəfi ABŞ Dövlət katibi Marko Rubionun Vaşinqtonun Ukraynaya dəstəyi ilə bağlı bəyanatlarından ciddi narahatlıq keçirir.

Referans Media Musavat.com-a  istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.

Rusiya XİN rəhbəri Banqladeşli həmkarı Xalilur Rahman ilə keçirdiyi danışıqlardan sonra təşkil olunan mətbuat konfransında bu məsələyə toxunub.

“Bu yaxınlarda Konqresdəki dinləmələr zamanı ABŞ-ın Ukraynanı dəstəklədiyi üçün vasitəçi ola bilməyəcəyini deyən Dövlət katibi Marko Rubionun bəyanatları bizi, şübhəsiz ki, narahat edir”, – deyə rusiyalı diplomat vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki