Rusiyada helikopter yoxa çıxdı

Rusiyanın Primorsk diyarında helikopter yoxa çıxıb.

Referans Media  xəbər verir ki, bu barədə ölkənin Uzaq Şərq Nəqliyyat Prokurorluğu məlumat yayıb. Qeyd edilib ki, helikopterlə əlaqə kəsilib və axtarışlara başlanılıb.

"Hava nəqliyyat vasitəsi olan R-44 Terney kəndindən Edinkaya yola düşüb. Lakin heyətlə əlaqə saat 12:00 radələrində kəsilib. İlkin hesablamalara görə, təyyarədə iki nəfər olub. Təyyarə meşə təsərrüfatı və hava işləri ilə məşğul olub", - məlumatda yazılıb.

O da vurğulanıb ki, hələlik helikopterin yeri müəyyən edilməyib və axtarış-xilasetmə əməliyyatı davam edir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki