“Sabah”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki son potensial rəqibi də müəyyənləşib.
Referans Media xəbər verir ki, Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində Uels çempionu ilə qarşılaşa bilər.
Belə ki, TNS mümkün rəqiblər sırasına qoşulub. Bununla “Sabah”ın 14 potensial rəqibinin hamısı bəlli olub.
Səpələnmişlər: “Şemrok Rovers” (İrlandiya), “KuPS” (Finlandiya), “Drita” (Kosovo), “Linkoln” (Cəbəllüttariq), “Boraç” (Bosniya və Herseqovina), “Vikinqur” (İslandiya), “Kayrat” (Qazaxıstan), “Universitatya Krayova” (Rumıniya), “Riqa” (Latviya), “Klaksvik” (Farer adaları), “Flora” (Estoniya), “Larne” (Şimali İrlandiya), “Petrokub” (Moldova), TNS (Uels).
Səpələnməmişlər: “İnter Eskaldes” (Andorra), “Levski” (Bolqarıstan), “Ararat” (Ermənistan), “Sabah” (Azərbaycan), “Kauno” (Litva), “Sutyeska” (Monteneqro), “ETO Dyor” (Macarıstan), “İberia” (Gürcüstan), “Floriana” (Malta), “Tre Fiori” (San Marino), “Vardar” (Şimali Makedoniya), “Vitebsk” (Belarus), “Atert” (Lüksemburq), Albaniya çempionu.
Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 16-da atılacaq. Bu raundun oyunları 7-8 iyul və 14-15 iyulda olacaq.
