Parisdə mümkün etiraz aksiyaları və təhlükəsizlik riskləri ilə əlaqədar bir sıra muzey və mədəniyyət müəssisələrinin fəaliyyəti dayandırılıb.
Referans Media verir ki, bu gün Luvr muzeyinin bağlanması səbəbindən turistlər Leonardo da Vinçinin məşhur əsərini görə bilməyiblər.
Təhlükəsizlik tədbirləri çərçivəsində Orse, Oranjri, Jeu de Paume və Pikasso muzeyləri, eləcə də Paris Operasının iki binası bağlanıb.
Tüilri bağlarına giriş məhdudlaşdırılıb, Art Basel Paris incəsənət sərgisinin həftəsonu proqramı ləğv edilib.
Qərar əvvəlki etiraz aksiyaları zamanı baş verən iğtişaşlardan sonra qəbul edilib. Muzeylərin bağlanması Parisə gələn turistlərin narazılığına səbəb olub. Bəzi ziyarətçilər bilet aldıqları halda muzeylərə daxil ola bilmədiklərini bildiriblər.
