Ötən gecə Ukrayna Rusiya səmasının qapadılması əməliyyatını davam etdirib.
Referans Media Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya)rəsmi məlumatına istinadən xəbər verir ki, Kirov, Çeboksarı, Kazan, Nijnekamsk, Buqulma, Samara, Ulyanovsk, Yaroslavl, Penza, Saratov, Krasnodar və Soçidəki hava limanları gecə ərzində işini tam dayandırıb.
Rosaviasiya hava limanlarının işinin dayandırılmasınn uçuş təhlükəsizliyini təmin etmək üçün zəruri olduğunu bəyan edib.
Dünən gün ərzində isə Moskvanın bütün aeroportları işini dayandırmışdı.
Ukraynanın enerji obyektlərinə zərbələri ötən gecə Rusiya və işğal olunmuş ərazilərdə elektrik böhranı yaradıb.
Musavat.com xəbər verir ki, ilk olaraq Krımda elektrik kəsilməsi barədə məlumat verilib: əsas yarımstansiyalar sıradan çıxarılıb və bütün yarımada elektriksiz qalıb. Rusiyanın nəzarətində olan bir neçə digər bölgədə də elektrik kəsilməsi və kəsintiləri barədə məlumat verilib. Buraya işğal olunmuş Xerson və Zaporojye bölgələri daxildir.
Bundan əlavə, bir sıra partlayışlardan sonra Rostovun bəzi ərazilərində elektrik kəsilib.
Qubernator Mixail Razvojayev elan edib ki, Sevastopolun enerji infrastrukturuna Ukrayna Silahlı Qüvvələri tərəfindən hücum edilib və şəhər müvəqqəti olaraq elektriksiz qalıb.
Qubernator obyektlərdə xüsusi rejimin tətbiq olunduğunu və ictimai obyektlərin ehtiyat enerji sistemlərinə keçdiyini qeyd edib.
Səhər saatlarında isə Rusiyanın Tolyatti şəhərində Tolyattikauçuk kimya zavoduna hücum edildiyinə dair məlumat yayılıb. Sosial şəbəkələrdə zavodda böyük yanğını əks etdirən görüntülər yayılıb.
Gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız hərbi ekspert Telman Qasımovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.//Musavat.com
Youtube səhifəsinin ünvanı:
