Bakı metrosunda qorxulu anlar: sərnişin öldü – Yenilənib

Bakı metropoliteninin “28 May” stansiyasında qatar yoluna düşərək həyatını itirən şəxsin kimliyi müəyyənləşib.

Referans Media xəbər verir ki, Daxili İşlər Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirdiyinə görə,  qatar yoluna düşən şəxs Elnur İlqar oğlu Ağayevdir.

21.04.2026-cı il tarixində saat 20:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, “28 May” metrostansiyasından çağırış daxil olub.

Bu barədə Referans Media-ya TƏBİB-in mətbuat xidmətindən məlumat verilib.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 2004-cü il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

Bu gün saat 20:20 radələrində “28 May” stansiyasında sərnişin qatar yoluna düşüb.

Bu barədə Referans Media-ya “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.

İlkin məlumata əsasən, həkimlərin səyinə baxmayaraq, sərnişinin həyatını xilas etmək olmayıb.

Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və “Nərimanov” stansiyasından elektrik deposuna göndərilib.

Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb.

Qeyd edək ki, günorta saatlarında “Bakı Metropoliteni” QSC-nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Buna səbəb “Qara Qarayev–Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlıq olub. Təhlükəsizlik məqsədilə “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilib. Daha əvvəl Bakı metrosundakı hadisə ilə bağlı 2 nəfərin xəstəxanaya aparıldığı, 9 sərnişinə yerində yardım edildiyi bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki