Türkiyənin Balıkesir vilayətinin Ayvalık rayonuna bağlı Sarımsaklı Sahili ərazisində qadın meyiti aşkarlanıb.
Referans Media xəbər verir ki, hadisə yerinə yaxın ərazidə hərəkətsiz uzanan şəxsi görən vətəndaşın məlumatı əsasında əraziyə jandarma və təcili tibbi yardım briqadaları cəlb olunub. İlkin baxış zamanı sahilə çıxan şəxsin həyatını itirdiyi müəyyən edilib.
Aparılan ilkin araşdırmalara əsasən, həyatını itirən qadının qeyri-qanuni yollarla Yunanıstana məxsus **Midilli Adası**na keçmək istəyən qanunsuz miqrant olduğu ehtimal edilir.
Rəsmi qurumlar tərəfindən məsələ ilə bağlı araşdırmalar davam etdirilir.
Hadisə yerində prokurorun baxışından sonra qadının meyiti Ayvalık Dövlət Xəstəxanasının morquna təhvil verilib. Onun şəxsiyyəti hələlik müəyyən edilməyib.
Faktla bağlı araşdırma davam edir.
