Azərbaycanın Koreya vətəndaşları üçün vizasız rejiminin tətbiq edilməsi yaxın zamanlarda elan ediləcək.
Referans Media bildirir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Xatırladaq ki, iyunun 17-də xarici işlər naziri Ceyhun Bayramov Koreyanın xarici işlər nazirinin müavini Çonq Eui-haenin rəhbərlik etdiyi nümayəndə heyətinə görüş zamanı bu yaxınlarda Koreya Respublikasının bütün növ pasport sahibləri üçün vizadan azadolma rejiminin tətbiq edilməsi qərarı barədə məlumat verib.
Tərəflər belə bir addımın turizm və digər sahələrdə əməkdaşlığın genişlənməsinə, habelə xalqlar arasında təmasların artmasına mühüm töhfə verəcəyini vurğulayıb.
