Dünən paytaxtın Yasamal rayonu ərazisində - “Şamaxinka” adlanan yerdən keçən tunelin girişində baş vermiş qəzada ölən motosikletçi dəfn edilib.
Referans Media xəbər verir ki, faciəvi şəkildə həyatını itirən Asif Ağaverdiyevin dəfnində çoxsaylı motosikletçi iştirak edib. Onlar katafalkı motosikletləri ilə müşayiət ediblər.
Qeyd edək ki, qəza dünən saat 10 radələrində Yasamal rayonu Moskva prospekti 45 ünvanında tunelin girişində baş verib. Q.Qaçayev idarə etdiyi “Toyota” markalı avtomobillə hərəkətdə olarkən Ağaverdiyev Asif Əliheydər oğlunun idarə etdiyi “Dayun DY-156-ES” markalı motosikletlə toqquşub. Kuryer fəaliyyəti göstərən motosikletçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Fakta görə Yasamal RPİ-də cinayət işi başlanıb.
Dəfndən görüntüləri təqdim edirik:/“Qafqazinfo”/
