Dövlət qulluğu imtahanlarında dəyişiklik: İki fənn ləğv edilir, yenisi əlavə olunur

Dövlət qulluğuna qəbul üzrə test imtahanı mərhələsinin strukturunda mühüm dəyişikliklərin ediləcəyi gözlənilir.


Referans Media Nocomment.az-a istinadən xəbər verir ki, mövcud imtahan proqramında yer alan informatika və Azərbaycan dili fənləri ləğv olunur. Onların əvəzinə imtahan siyahısına emosional intellekt fənni əlavə ediləcək.


Yeni imtahan modeli və sual bölgüsündən sonra namizədlərə ümumilikdə 100 test tapşırığı təqdim olunacaq. Fənlər üzrə sualların yeni bölgüsü aşağıdakı kimi nəzərdə tutulur:


Qanunvericilik: 50 sual


Məntiq: 30 sual


Emosional intellekt: 20 sual


Xatırladaq ki, hazırkı qaydalara əsasən namizədlər qanunvericilik (40), məntiq (30), informatika (15) və Azərbaycan dili (15) fənləri üzrə imtahan verirlər. Yeni sistemin tətbiqi ilə namizədlərin hüquqi bilikləri ilə yanaşı, psixoloji hazırlıq səviyyəsinin də qiymətləndirilməsi hədəflənir.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki