Rusiyanın bütün dünyada axtardığı məşhur bakılı Əsgərov kimdir, nələr edib? – DOSYE+FOTOLAR

“Nə? Harada? Nə zaman?” intellektual verilişinin tanınmış simalarından sayılan Rövşən Əsgərov barəsində Rusiyada bir sıra ittihamlar üzrə cinayət işinə baxılacaq. O, nasizmi təbliğ etmək, Rusiya ordusu barədə saxta məlumat yaymaq və digər cinayətlərdə ittiham olunur.

Bəs Rövşən Əsgərov əslində kimdir?

Referans Media xəbər verir ki, Globalinfo.az onun dosyesini təqdim edir:

“Nə? Harada? Nə zaman?”

Rövşən Ənvər oğlu Əsgərov 4 may 1972-ci ildə Bakıda anadan olub və rəssam Ənvər Əsgərovun ailəsində böyüyüb. Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb və 1994-cü ildə universiteti bitirib. Tarix üzrə elmi dərəcəsi də var.

O, uzun illər Rusiyanın məşhur “Nə? Harada? Nə zaman?” intellektual televiziya oyununun tanınmış simalarından biri olub. İlk dəfə 28 noyabr 1998-ci ildə həmin televiziya oyununun elitar klubunda iştirak edib. 2001-ci ildə yarışmada “Kristal bayquş” mükafatına layiq görülüb. Bu mükafat intellektual oyunun ən nüfuzlu fərdi təltiflərindən hesab olunur.

Rövşən Əsgərov Rusiyada axtarışa verildi - Foto

R.Əsgərov 2001-2007-ci illərdə Rusiyanın “Sport-Ekspress” qəzetində idman şərhçisi və müxbir kimi, daha sonra “Bakı” jurnalında PR xidmətində çalışıb. Maraqlı faktlardan biri də onun 2011-ci ildə rejissor Cülyus Qusmanın “Qorxma, mən səninləyəm! 1919” filmində epizodik rolda çəkilməsidir.

İlin adamı…

Əsgərovun fəaliyyəti ilə bağlı diqqət çəkən məqamlardan biri onun Azərbaycanı beynəlxalq intellektual yarışlarda təmsil etməsidir. 2010-cu ildə o, Azərbaycan yığmasının kapitanı kimi televiziya klubları arasında keçirilən dünya çempionatında komandanı qələbəyə aparıb. Həmçinin “Nə? Harada? Nə zaman?” klubunun MАК mükafatında “İlin adamı” nominasiyası üzrə ilk laureat olduğu bildirilir.

Efirdə qalmaqal

O, 2018-ci ildə “Brain Ring” verilişində aparıcı DJ Fatehlə mübahisə edib. Əsgərov oyun zamanı iştirakçılardan birinə zalda kömək edildiyini iddia edərək aparıcıya etirazını bildirib. Sözlü qarşıdurma nəticəsində o, verilişi tərk edib.

lk laureat olduğu bildirilir.

Efirdə qalmaqal

O, 2018-ci ildə “Brain Ring” verilişində aparıcı DJ Fatehlə mübahisə edib. Əsgərov oyun zamanı iştirakçılardan birinə zalda kömək edildiyini iddia edərək aparıcıya etirazını bildirib. Sözlü qarşıdurma nəticəsində o, verilişi tərk edib.

Следком РФ завел дело на журналиста Ровшана Аскерова о реабилитации нацизма - 27.04.2022, Sputnik Армения

Ən böyük skandal

Rövşən Əsgərovun ətrafında yaranan ən böyük qalmaqal 2022-ci ildə başlayıb. Həmin il onun sosial şəbəkədə Sovet İttifaqı marşalı Georgi Jukov haqqında paylaşımı Rusiya hüquq-mühafizə orqanlarının diqqətini çəkib. Paylaşımında Jukovu talançılıqda və Almaniyadan şəxsi istifadəsi üçün qiymətli əşyalar aparmaqda ittiham edib. Nəticədə ona qarşı Rusiya Cinayət Məcəlləsinin nasizmin reabilitasiyası ilə bağlı 354.1-ci maddəsinin 4-cü hissəsi üzrə cinayət işi açılıb.

2022-ci il mayın 11-də Rusiya Daxili İşlər Nazirliyi onu axtarışa verib. Həmin ilin dekabrında isə Rusiya Ədliyyə Nazirliyi Əsgərovu xarici agentlər siyahısına daxil edib. 2025-ci ilin yanvarında onun adı Rosfinmonitorinqin ekstremist və terror fəaliyyəti ilə əlaqəli şəxslər siyahısına salınıb.

Uşaqların ölümü…

Əsgərovun adı 2025-ci ilin martında jurnalist Yuri Dudla müsahibəsindən sonra yenidən gündəmə gəlib. Müsahibədə ona Ukraynanın zərbələri nəticəsində Rusiyanın Belqorod şəhərində mülki şəxslərin, o cümlədən uşaqların zərər görməsi ilə bağlı münasibəti soruşulub. Əsgərov bu hadisələrdən zərər çəkən Rusiya sakinlərinə qarşı empatiya hiss etmədiyini bildirib.

СК завершил расследование в отношении экс-игрока "Что? Где? Когда?" Аскерова - Российская газета

Ukraynaya dəstək

2026-cı ildə Əsgərovla bağlı cinayət işi yeni mərhələyə keçib. Ona nasizmin reabilitasiyası, Rusiya ordusu haqqında yalan məlumat yayılması, nifrətin qızışdırılması və terror xarakterli cinayətlərlə bağlı maddələr üzrə ittihamlar irəli sürülüb.

Rusiya İstintaq Komitəsinin iddiasına görə, Əsgərov sosial şəbəkələrdə Rusiya dövlət xadimlərinə qarşı sui-qəsdlərə, ölkə ərazisinə raket və bomba zərbələri endirilməsinə çağırışlar edib, Ukrayna silahlı birləşmələrinin hücumlarına haqq qazandırıb.

Əsgərov hazırda haradadır?

Məlumata görə, Əsgərov 2022-ci il martın 5-də Rusiyanı tərk edib və Azərbaycana köçüb. Həmin ilin mayında Rusiyada axtarışa verilməsi barədə məlumat yayılandan sonra o, Rusiya ilə əlaqələrinin minimuma endiyini bildirib.

Qeyd edək ki, Rövşən Əsgərov Rusiya ərazisində qiyabi həbs edilib və beynəlxalq axtarışa verilib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki