SENSASİON XƏBƏR! İran bunu etmək üçün Trampdan İCAZƏ ALIBMIŞbackend

SENSASİON XƏBƏR! İran bunu etmək üçün Trampdan İCAZƏ ALIBMIŞ

“Qətərdəki bazamızı vurmazdan əvvəl İranlılar mənə zəng
etdi. Oranı vurmaq istədiklərini dedilər. İcazə verdim. Bazanı boşaltdıq. Onlar
14 raket atmaq istədiklərini dedilər. Razılaşdım. Çox nəzakətli idilər, deməli
bizə hörmət edirlər. 14 raketin hamısını vurduq, hekayə burada bitdi”.

Bu sözləri Amerika Birləşmiş Ştatlarının hazırkı prezidenti
Donald Tramp çıxışlarının birində deyib.

Politoloq Məhəmməd Əsədullazadə Referans-a açıqlamasında
Trampın həmin sözlərinə münasibət bildirib.

“İsrailin İrana qarşı keçirdiyi hərbi əməliyyatlar fonunda
ABŞ-də, Fordoda və İsfahandakı nüvə obyektlərinə də zərər vurduqdan sonra İran
cavab addımları atdı. Amma göründüyü kimi ABŞ-dan həqiqətən icazə alınır. Donald
Trampın bu məsələni qeyd etməsi Amerikanın hegemon olduğunu, İranın aviahərbi
bazasının zərbəsinə də icazə aldığını vurğuladı və bunu qürurla qeyd edir. Bir
növ özünün müsbət imicini formalaşdırmağa çalışır və hegemon olduğunu beynəlxalq
ictimaiyyətə çatdırır. Əsas məqsəd bundan ibarətdir”.

Politoloq bildirib ki, Trampın məqsədi həm də İranın zəif
olduğunu və yalnız razılaşdırılmış şəkildə zərbə endirdiyini göstərməkdir.

“Həmçinin əgər müharibə başlayarsa, İranın zəif olmasından
dolayı onu asanlıqla vurma iqtidarında olduğunu bildirir. Əlbəttə ki, İranın
icazə alması da elə birbaşa bunu göstərir. Əgər qisas alınırsa, dövlətin
suverenliyinə hər hansı müdaxilə olunursa, cavab tədbirləri icazə ilə
olmamalıdır. Ona görə bu da İranın Amerika qarşısında zəif olduğunu göstərir”.

 

Fidan Vəlisoy 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki