image-belcika45backend

Sərhədçilər ABŞ millisini darmadağın edən Belçikanın başına oyun açdılar

Belçika milli komandası səfərdə baş tutan yoldaşlıq oyununda ABŞ yığmasını 5:2 hesabı ilə məğlub edib.

Referans Media  xəbər verir ki, görüşün ardından Meksikaya yollanmağı planlaşdıran Avropa təmsilçisi problemlə üzləşib. Sanki cavab olaraq, ABŞ sərhəd xidmətinin əməkdaşları belçikalılara qarşı əlavə yoxlama tədbirləri tətbiq ediblər.

Futbolçular ciddi şəkildə yoxlanılıblar, hətta ciblərinə qədər axtarış aparılıb. Bu, xüsusilə Kevin De Bruyne kimi ulduzlar üçün kifayət qədər narahat və xoşagəlməz vəziyyət yaradıb.

Belçika millisi bu gecə Çikaqoda dünya çempionatının digər ev sahibi komandası olan Meksika millisi ilə qarşılaşacaq.

Xatırladaq ki, qarşıdan gələn dünya çempionatında Belçika Misir, İran və Yeni Zelandiya yığmaları ilə eyni qrupda mübarizə aparacaq. Təqvimə əsasən “qırmızı şeytanlar” bütün görüşlərini ABŞ ərazisində keçirilməlidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki