“Minik Serçe” ləqəbli Sezen Aksunun şəxsi həyatı ilə bağlı yeni iddialar peyda olub.
Sənətçinin təxminən bir ildir Bursada yaşayan 40 yaşlı bir baytarla münasibətdə olduğu iddia edilir.
Məlumat “Tivi 6” kanalında yayımlanan “Doğruya Doğru” proqramında şərhçi Bircan Bali kulis bilgisi kimi səsləndirilib. İddiaya əsasən, sözügedən şəxsin tez-tez Sezen Aksunun İstanbulda yerləşən evinə gəldiyi və münasibətin ictimaiyyətdən gizli saxlanıldığı bildirilir./yenisabah























