Siqaret çəkməyənlər də risk altındadır - Bu zəhərli maddə orqanizmə yığılır

Passiv siqaretçəkmə insan orqanizmində xərçəng və bir sıra xroniki xəstəliklərin riskini artıran kadmium adlı toksik ağır metalın toplanmasına gətirib çıxara bilər.

Referans Media xəbər verir ki, bununla bağlı 5066 nəfərin iştirak etdiyi tədqiqatda siqaret tüstüsünə məruz qalan insanların qanında kadmium səviyyəsi daha yüksək olub.

Güclü məruz qalma zamanı bu göstərici təxminən 1,5 dəfə artıb. Alimlər həmçinin müəyyən ediblər ki, qadınlarda kadmiumun orqanizmdə toplanması kişilərə nisbətən daha sürətlidir. Bunun səbəbi qadın orqanizminin bu metalı qida və ətraf mühitdən daha aktiv mənimsəməsi ilə izah olunur.

Mütəxəssislər bildirir ki, kadmium bədəndən çox yavaş xaric olunur və illərlə orqanizmdə qala bilir. Uzunmüddətli təsir isə böyrək zədələnməsi, sümük zəifləməsi, tənəffüs problemləri və ağciyər, böyrək və prostat xərçəngi riskinin artması ilə əlaqələndirilir.

Qeyd edək ki, araşdırma “Biological Trace Element Research” jurnalında dərc olunub.//Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki