Sabah bu rayonda işıq olmayacaq

Oktyabrın 31-də 110/35/10 kV-luq Xalxal yarımstansiyasında aparılacaq təmir işləri ilə əlaqədar 35 kV-luq hava elektrik xəttində enerji müvəqqəti dayandırılacaq. Bununla əlaqədar, sabah saat 10:00-dan 13:00-dək Şahbuz rayonununda elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) Referans Media-ya verilən məlumata görə, görülən işlər başa çatdıqdan sonra qeyd olunan ərazilərdə yaşayan abonentlərin daha keyfiyyətli, etibarlı və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki