image-iran-pakistan-da-baris-gorusmeleri-icin-iddialari-yalanladi-19734758_1881_ampbackend

ŞOK analiz ortaya çıxdı: Atəşkəs İran üçün nə deməkdir? 

İran və Amerika Birləşmiş Ştatları arasında əldə olunan keçici atəşkəs bölgədə yeni geosiyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Mütəxəssislərin fikrincə, bu atəşkəs yalnız hərbi toqquşmaların dayandırılması deyil, həm də tərəflərin strateji mövqelərini yenidən müəyyənləşdirdiyi bir prosesdir.

Referans Media xəbər verir ki, Analitiklər bildirir ki, Pakistanın vasitəçiliyi ilə əldə olunan razılaşma tərəflər arasında gərginliyin müvəqqəti yumşalmasına səbəb olsa da, əsas suallar hələ də açıq qalır. Xüsusilə ABŞ və İsrailin bölgədəki hərbi-siyasi planlarının nəticəsiz qalması və İranın müəyyən strateji üstünlüklər əldə etməsi müzakirə mövzusudur.

Məqalədə qeyd olunur ki, İran müharibə zamanı bir sıra kritik strateji addımlar ataraq həm daxili sabitliyi qorumağa, həm də regional təsir imkanlarını genişləndirməyə çalışıb. Xüsusilə Hörmüz Boğazı və Körfəz bölgəsində mümkün təsirlər, enerji təhlükəsizliyi baxımından qlobal miqyasda əhəmiyyət daşıyır.

Ekspertlərin fikrincə, atəşkəsdən sonra İran daxili siyasətdə bu prosesi “uğur narrativi” kimi istifadə edə bilər və bu, ölkə daxilində siyasi güc balansına təsir göstərə bilər. Eyni zamanda region ölkələri üçün də yeni təhlükəsizlik və diplomatik çağırışlar yaranır.

Məqalədə vurğulanır ki, bu prosesin gələcək nəticələri yalnız İran üçün deyil, həm də Körfəz regionu və qlobal güc balansı üçün həlledici ola bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki