Sumqayıt şəhərində evdə partlayış hadisəsi baş verib.
Referans Media xəbər verir ki, hadisə şəhərin 47-ci məhəllə ərazisindəki yaşayış binalarının birində qeydə alınıb.
Partlayış nəticəsində 1994-cü il təvəllüdlü Verdiyev Elçin Varyat oğlu və 1973-cü il təvəllüdlü İxtiyarov İxtiyar Ağayar oğlu xəsarət alıb.
Onlar dərhal xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır./Report























