Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb (VİDEO)

Paytaxtın Suraxanı rayonunda, Elzar Yusubov küçəsində, “Qərib Ağa Məscid”in yaxınlığında təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

Referans Media xəbər veriri ki, Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, bu səbəbdən sürücülər Hövsan (MİDA) yolundan istifadə etməklə Zığ şosesi istiqamətində hərəkət edirlər.

Qeyd olunub ki, nəticədə həm təmir işləri, həm də bəzi sürücülərin yolun əks istiqamətinə çıxması səbəbindən yolda nəqliyyat sıxlığı müşahidə edilir.

Hazırda yol polisi əməkdaşları yaranan sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görürlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki