Çində yanan gəmidə azı 20 nəfər ölüb - YENİLƏNİB

Çinin Tsindao limanında təmirdə olan yük gəmisində baş verən yanğın zamanı ölənlərin sayı 25 nəfərə çatıb.

Bu barədə Referans Media "Associated Press"ə istinadən xəbər verir.

Daha beş nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti sabit olaraq qiymətləndirilir.

Daha əvvəl 20 nəfərin həlak olduğu barədə məlumat verilmişdi.

15:11

Çinin Sindao limanında lövbər salmış yük gəmisində baş verən yanğın nəticəsində azı 20 nəfər ölüb, 5 nəfər isə itkin düşüb.

Referans Media xəbər verir ki, bu barədə "Associated Press" Çinin dövlət mediasına istinadən məlumat yayıb.

"Xinhua" agentliyinin yaydığı fotoya əsasən, gəminin Liberiya bayrağı altında üzən "Ocean Melody" olduğu müəyyən edilib.

Göyərtədə 42 nəfər olub, onlardan 12-si təxliyə edilib.

Gəmi Çinin şərq sahillərindəki iri dəniz qovşağı olan Sindao limanında yerləşən "Beihai Shipbuilding Co." tərsanəsində təmirdə olub.

Çin sədri Si Cinpin təcili olaraq xilasetmə əməliyyatının keçirilməsi və itkin düşənlərin axtarışının təşkil edilməsi barədə göstəriş verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki