"Qızı öldürdüyü anasının cənazəsində "Oskar"lıq rol oyanyırdı" - Güllü cinayəti ilə bağlı etiraf

Müğənni Güllünün müəmmalı ölümü ilə bağlı aparılan məhkəmə prosesində hadisənin təfərrüatlarını dəyişə biləcək yeni səs yazısı ortaya çıxıb. Hadisə gecəsi mənzildə olan və sonradan etirafçı kimi ifadə verən Sultan Nur Ulu niyə bu vaxta qədər susduğuna dair diqqətçəkən açıqlamalar edib.

Referans Media  xəbər verir ki, ATV telekanalının əldə etdiyi yeni səs yazısında Sultan Nur Ulu bu vaxta qədər susmasının səbəbini belə izah edib:

"O qədər vaxt susdum, amma məcburiyyətdən susdum. Özünü elə parçalayırdı, paltarlarını yırtırdı... Dedim ki, Sultan, sənə kim inanacaq? Amma öz-özümə söz vermişdim ki, bir dəfə belə ora qandallı daxil olsam, bildiyim bütün həqiqətləri danışacam".

Sultan Nur Ulunun iddialarına görə, hadisənin baş verdiyi gün Tuğyan ondan xüsusi bir mahnı oxutmasını istəyib:

"Tuğyan mənə mahnısını açmağımı tapşırdı. Mahnı səslənəndə Gül ana gəldi. Mən həmin mahnını heç bilmirdim. Tuğyandan "Niyə belə bir şey etdin?" deyə soruşanda dərhal ağlamağa başlayırdı. Mən də vaxtilə anamı itirmişəm, insanların necə acı çəkdiyini yaxşı bilirəm. Amma Tuğyan çox böyük aktyorluqla rol oynayırdı. Hərəkətləri "Oskar" mükafatına layiq performans idi".

Qeyd edək ki, müğənni Güllü ötən ilin sentyabrın 26-da Yalovanın Çınarcık rayonundakı evinin pəncərəsindən yıxılaraq həyatını itirmişdi. İlkin mərhələdə bədbəxt hadisə kimi qiymətləndirilən ölüm faktı, istintaqın dərinləşdirilməsindən sonra qətl şübhəsi qazandı. Araşdırmalar zamanı sənətçinin qızı Tuğyan Ülkem Gülter tərəfindən pəncərədən atıldığı ehtimalı üzərində dayanıldı. Tuğyan həbs edildi. Hadisədən iki ay sonra saxlanılan Sultan Nur Ulu, ifadəsində Tuğyanın anasını itələdiyini iddia edərək həmin anları polis bölməsində canlandırdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki