“Hamı Xalq artisti oldu, mən isə yerimdə addımlayıram. Çalışmalısan, mən isə yerimdə dayandım. 52 ildir sənətdəyəm. Dövlət Filarmoniyasında, televiziyada işləmişəm. İndiki müğənnilər oxuyur, amma mənim qədər rayonlarda konsert verən olmayıb”.
Bu sözləri Əməkdar artist Ruhəngiz Allahverdiyeva “Şadlıq olsun” yutub layihəsində deyib. Müğənni 52 illik sənət fəaliyyətindən və Xalq artisti fəxri adına layiq görülməməsindən danışıb. O, bu illər ərzində Dövlət Filarmoniyasında və televiziyada çalışdığını, rayonlarda çoxsaylı çıxışlar etdiyini bildirib.
Aparıcı Elgiz Əkbər isə sənətçinin rayonlardakı çıxışları ilə bağlı ona iradını bildirib:
“Pambıqçıya lazım idi sən oxuyasan? İstidə camaata lazımdır. Camaat pambıq yığırdı, sən də oraya gedib oxuyursansa, ona mane olmusan”./axşam.az/
