Bakı və İrəvan arasında sülh: Amerikalı senator vaxt açıqladı

Azərbaycan  Ermənistan arasında sülh sazişi ABŞ Prezidenti Donald Trampın prezidentlik müddəti başa çatmadan imzalana bilər.

Referans Media  xəbər verir ki, bu barədə ABŞ Konqresinin üzvü Abraham Hamade bildirib.

Hamadenin sözlərinə görə, Bakı ilə İrəvan arasında sülh prosesi bir çox müşahidəçinin gözlədiyindən daha sürətlə irəliləyir. Hər iki tərəf sülhə nail olmaq və Cənubi Qafqazın gələcək inkişafını təmin etməkdə qərarlıdır.

Onun fikrincə, əldə olunan irəliləyiş regionda sabitliyin möhkəmləndirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır.

Hamade ABŞ-ın sülh prosesində iştirakını davam etdirməsinin və TRIPP layihəsinin həyata keçirilməsinin vacibliyini də vurğulayıb.

Konqresmenin fikrincə, layihənin həyata keçirilməsi Bakı ilə İrəvan arasında əlaqələri gücləndirə, ticarət imkanlarını genişləndirə və regiona yeni investisiyaların cəlb olunmasına şərait yarada bilər./Globalinfo.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki