Sevərin günahı bunlar imiş - Elgiz Əkbərdən cavab

Elgiz Əkbər Sevərlə bağlı ona yazılanlardan sonra fenomenini araşdırıb.

Referans Media  xəbər verir ki, aparıcı Elgiz Əkbər yeni “Şadlıq olsun” verilişində Sevər barədə ona yazılan mesajlardan danışıb.

Elgiz Əkbər bildirib ki, verilişdən sonra çoxsaylı izləyici ona Sevərlə bağlı iradlar yazıb. Onlardan birinin “Sən bu Sevəri gətirdin sənin verilişinə, bizim başımıza bəla oldu” yazdığını deyən aparıcı buna görə narahat olduğunu qeyd edib.

“Çox pis oldum, əlim-ayağım əsdi. Dedim, bu Sevər nə oyun çıxardıb ki, bəziləri mənə belə deyir? İşimi-gücümü atdım, başladım bu qızı araşdırmağa”, – deyə Elgiz Əkbər söyləyib.

Aparıcı Sevərin çıxışlarına baxdığını bildirərək onunla bağlı diqqətçəkən fikirlər səsləndirib: "Nə əxlaqsızlıq təbliğ eləyib, nə pozğunluq təbliğ eləyib, nə kiminsə həyat yoldaşını əlindən alıb. Bunun günahı odur ki, dəyişib, ayaqlarını əməliyyat edib, mahnı oxuyub, bir də çoxbilmişdi”. /Ajans.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki