1 yaşına çatmadan ölən uşaqların sayı açıqlandı

2025-ci ildə Azərbaycanda 1 yaşadək ölən uşaqların statistikası açıqlanıb. 

Referans Media  xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin demoqrafik göstəricilərlə bağlı açıqladığı illik hesabatda öz əksini tapıb. 

Belə ki, ötən il ölkə üzrə 1 yaşa qədər 1312 uşaq vəfat edib. Bunlardan 728-i oğlan, 584-ü qız olub.

Vəfat edən uşaqların 765 nəfəri şəhərdə, 547 nəfəri isə kənd yerlərində yaşayanlar olub. Bakı şəhərində vəfat edən uşaqların sayı 251, Naxçıvan MR-də isə 40 nəfər təşkil edib. 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki