image-duyu01backend

Tailand Yaxın Şərqə düyü ixracını dayandırdı

Yaxın Şərqdə hərbi münaqişənin kəskinləşməsi dəniz logistikasını pozub və çatdırılmanı çətinləşdirib.
Bu barədə Referans Media  “Bloomberg”ə istinadən xəbər verir.

Qeyd edilib ki, bu həftə İraqa gedən təxminən 80 min ton düyü daşıyan iki gəmi Banqkok limanında saxlanılıb. Daha sonra yük boşaldılıb və məhsul anbarlara qaytarılıb. Buna görə də Tailand Yaxın Şərqə düyü ixracını dayandırıb.

Məlumata görə, İraq 2025-ci ildə Tailand düyüsünün ən böyük alıcısı olub və ümumi tədarükün təxminən 12,7%-ni təşkil edib. Bundan əlavə, ölkəyə taxıl Hörmüz boğazından daşınır və bu həftə Tailandın yük daşıyıcısı orada zədələnib.

Buna görə də Tailandın düyü ixracatının bu il təxminən 11% azalaraq 7 milyon tona düşəcəyi proqnozlaşdırılır ki, bu da son beş ilin ən aşağı səviyyəsidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki