Open Stage Moda Günləri çərçivəsində keçirilən ayaqqabı temalı moda nümayişi zamanı model Eylem Aytaş podyumda irəliləməkdə çətinlik çəkdi. Ayaqqabılarını düzəltməyə çalışsa da, nəticə əldə edə bilməyən Aytaş, nəhayət ayaqqabılarını əlinə alaraq nümayişi tamamladı.
Referans Media xəbər verir ki, bu anlar həm səhnədəki tamaşaçılar, həm də sosial mediada geniş müzakirəyə səbəb oldu.
Model Eylem Aytaş moda nümayişi zamanı podyumda addım atmaqda çətinlik çəkdi. Ayaqqabılarını düzəltməyə çalışdı, lakin uğursuz olduqdan sonra onları çıxararaq əlinə aldı.
Moda nümayişi zamanı yaşanan bu hadisə sosial mediada böyük marağa səbəb oldu.
Nümayişin son günü baş verən bu anlar izləyicilərin yaddaşında qalarkən, sosial şəbəkədə yayılan videolara “İzlədikdə biləklərim burxuldu”, “Həyəcandan yeriyə bilmədim”, “Gülməmək üçün özümü zor tutdum” kimi şərhlər yazıldı.























