Təcili xəbərdarlıq - Ərzaq qiymətləri yüksələ bilər

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Hörmüz boğazındakı gərginliyin qlobal ərzaq sistemi üçün ciddi risklər yarada biləcəyi barədə xəbərdarlıq edib.

Referans Media  xəbər verir ki, bu barədə FAO-nun baş iqtisadçısı Maksimo Torero açıqlama yayıb.

Onun sözlərinə görə, boğazın bağlanması sistemli aqro-ərzaq şoku yaradaraq, növbəti 6-12 ay ərzində ərzaq bazarında qlobal qiymət böhranına səbəb ola bilər.

Torero bu səbəbdən alternativ ticarət yollarının yaradılmasına, ixrac məhdudiyyətlərindən yayınmağa, humanitar yardım axınlarının qorunmasına və artan nəqliyyat xərclərinə qarşı bufer mexanizmlərinin tətbiqinə çağırıb.

O, ticarətin qısa müddətdə alternativ quru və dəniz yollarına yönləndirilməsini tövsiyə edib./publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki