İsrail Tehranda yerləşən iki neft anbarına zərbə endirib. Hər iki obyektdə yanğın baş verib.
“Referans” xəbər verir ki, bu barədə İranın “Fars” və “Tasnim” xəbər agentlikləri məlumat yayıb.
Məlumata görə, hücuma məruz qalan neft anbarları Tehranın Kan və Şahran rayonlarında yerləşir. Hadisə yerində operativ xidmətlər zərbələrin nəticələrini aradan qaldırmaq üçün iş aparır.
Hazırda ölən və yaralananlarla bağlı məlumat verilmir.
*** 01:21
İsrail Tehranda iki neft anbarını vurub.
“Referans” xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Zərbədən sonra hər iki anbarda güclü yanğın başlayıb.