image-tehran-hucum-2backend

Tehrana hücum başladı? – Təcili

İranın paytaxtı Tehranda hava hücumundan müdafiə sistemlərinin aktivləşdirildiyi bildirilib.

Referans Media xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. Qeyd olunub ki, şəhərin müxtəlif ərazilərində sistemlərin “düşmən hədəflərə” qarşı fəaliyyət göstərdiyi müşahidə olunub.

Agentliyin xəbərinə əsasən, hava hücumundan müdafiə qurğularının işə düşməsi şəhərdə eşidilən aktiv müdaxilə səsləri ilə müşayiət olunub.

Hadisənin detalları və mümkün nəticələr barədə hələlik rəsmi açıqlama verilməyib.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki