image-sanksiyabackend

Rusiyaya qarşı 20-ci sanksiya paketi qəbul edildi

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı növbəti – 20-ci sanksiyalar paketini təsdiqləyib.

Referans Media xəbər verir ki, bu barədə Aİ Şurasının rəsmi saytında qeyd edilib.

Sanksiya altına Rusiyanın 20 bankı düşüb ki, onlarla istənilən əməliyyatların aparılması qadağan edilib.

Bundan başqa, ittifaq “RUBx” adlı kriptovalyuta ilə də əməliyyatları və rəqəmsal rublun inkişafına hər hansı texniki və maliyyə dəstəyini də dayandırıb.

Həmçinin Rusiyanın iki iri limanı – Murmansk və Tuapse ilə də bütün növ əməliyyatlar qadağa altındadır. Bu da ölkənin ixrac-idxal imkanlarını daraltmağa hesablanıb.

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas da bəyanatında həm yeni sanksiya paketini, həm də Ukrayna üçün nəzərdə tutulan 90 milyard avroluq nəhəng kreditin təsdiqlənməsini Kiyev üçün “əhəmiyyətli təkan” adlandırıb:

Xatırladaq ki, sanksiya paketi hələ fevralın 23-də qəbul edilməli idi. Lakin Macarıstan “Drujba” neft kəmərinin fəaliyyəti bərpa olunana qədər bu qərarı bloklamışdı. Yalnız Ukrayna Prezidenti Volodimir Zelenskinin boru kəmərində təmir işlərinin başa çatdığını elan etməsindən sonra Budapeşt öz vetosunu geri götürüb.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki