image-zenginbackend

Dünyanın ən zəngin ölkələri açıqlandı

Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı və OECD-nin məlumatları əsasında hazırlanan “2026-cı il Qlobal Rifah İndeksi” elan olunub. 

Referans Media  xəbər verir ki, “HelloSafe” platforması tərəfindən təqdim edilən hesabatda dünyanın ən zəngin 20 ölkəsi sıralanıb.

Reytinq cədvəlinə əsasən, dünyanın ən zəngin ölkəsi statusunu Norveç qazanıb. Maraqlıdır ki, illərdir iqtisadiyyatın birinciləri hesab olunan ABŞ, Almaniya və Fransa ilk onluğa daxil ola bilməyiblər.

Siyahının ilk onluğu belədir:

1. Norveç
2. İrlandiya
3. Lüksemburq
4. İsveçrə
5. İslandiya
6. Sinqapur
7. Danimarka
8. Niderland
9. Belçika
10. İsveç

Hesabatda ən böyük sürpriz böyük iqtisadiyyatların kəskin geriləməsidir. Belə ki, Almaniya 12-ci, ABŞ 17-ci, Fransa isə siyahının sonunda, yəni 20-ci pillədə qərarlaşıb. Qətər (11), BƏƏ (13) və Avstraliya (15) kimi ölkələr Qərb nəhənglərini qabaqlamağı bacarıb.

Ekspertlər builki reytinqdə meyarların dəyişdiyini bildiriblər. Əgər əvvəllər ölkənin ümumi daxili məhsulu (ÜDM) əsas götürülürdüsə, artıq gəlir bölgüsü və sosial rifah ön plana çıxıb.

Mövzu ilə bağlı təhlildə deyilib:

“Artıq bir ölkənin nə qədər çox istehsal etməsi yetərli deyil. Zənginlik həmin sərvətin cəmiyyətin bütün təbəqələrinə nə dərəcədə ədalətli paylanması ilə ölçülür. Bu səbəbdən sosial dövlət modelinə üstünlük verən Skandinaviya ölkələri zirvəni ələ keçirib”.

Qeyd edək ki, indeks hazırlanarkən adambaşına düşən gəlir, alıcılıq qabiliyyəti və həyat standartları kimi mühüm göstəricilər əsas götürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki