image-dji_0594-1030x580-709798-5backend

ABŞ-dan Çinə sərt ittiham: “Bizdən oğurlayırlar”

Rəsmi Vaşinqton Çini ABŞ-a məxsus süni intellekt texnologiyalarını mənimsəməkdə ittiham edir.

Bu barədə “Financial Times” nəşri yazıb.

Ağ Evin Elm və Texnologiya Siyasəti İdarəsinin direktoru Maykl Kratsios qabaqcıl süni intellekt sistemlərindən məlumatların çıxarılmasına yönələn məqsədli kampaniyaların mövcudluğuna dair sübutların olduğunu bildirib.

Onun sözlərinə görə, bu məqsədlə on minlərlə proksi hesabdan istifadə olunur və məhdudiyyətləri aşmaq üçün müxtəlif üsullar tətbiq edilir.

ABŞ administrasiyası belə fəaliyyətlərə qarşı müdafiəni gücləndirmək üçün kəşfiyyat məlumatlarını Amerika süni intellekt şirkətləri ilə bölüşməyi və koordinasiyanı artırmağı planlaşdırır.

Ağ Evdə həmçinin qeyd ediblər ki, bu texnologiyalardan qanuni şəkildə istifadə mümkündür, lakin onların Amerikaya zərər vuracaq formada tətbiqi qəbuledilməz hesab olunur.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki