image-muctebabackend

Xameneinin səhhəti barədə ŞOK İDDİAÜzündə ağır yanıqlar var, ayağı və qolu…

İranın Ali Rəhbəri Müctəba Xamenei ABŞ və İsrailin hücumları nəticəsində ciddi xəsarətlər alıb.

Referans Media xəbər verir ki, bu barədə “The New York Times” (NYT) nəşri mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, onun üz nahiyəsində nitqini çətinləşdirən ağır yanıq xəsarətləri var və bu səbəbdən plastik əməliyyata ehtiyacı ola bilər.

Mənbələr bildirib ki, hazırda Ali Rəhbər həkimlər və tibbi heyətin ciddi nəzarəti altındadır. Məlumata görə, Xamenei artıq bir neçə cərrahi əməliyyat keçirib. Xüsusilə, bir ayağından üç dəfə əməliyyat olunduğu və gələcəkdə protezləşdirməyə ehtiyac duyulacağı qeyd edilir. Həmçinin qolundan da əməliyyat keçirdiyi və funksiyalarının tədricən bərpa olunduğu vurğulanıb.

Aldığı ağır xəsarətlərə baxmayaraq, Müctəba Xameneyinin zehni fəaliyyətinin yerində və aktiv olduğu bildirilir. Lakin o, ilk dəfə ictimaiyyət qarşısına “zəif və müdafiəsiz” vəziyyətdə çıxmaq istəmədiyi üçün hələlik heç bir video və ya səsli müraciət yazmır.//publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki