backend

Tənha insanlar üçün 500 milyonluq fond YARADILIR

Almaniyada tənhalıq probleminin aradan qaldırılması məqsədilə 500 milyon avro həcmində xüsusi fondun yaradılması gündəmə gəlib.

Bu təşəbbüslə ölkənin Şəhərlər və Bələdiyyələr İttifaqı çıxış edib.

Referans Media xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

İttifaqın rəhbəri Andre Berqhiggerin sözlərinə görə, tənhalıq artıq kütləvi problemə çevrilib və maliyyə dəstəyi olmadan onun həlli mümkün deyil.

Təklif olunan fondun Avropa İttifaqı, federal hökumət və ya aidiyyəti qurumların büdcələri hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

Qeyd olunur ki, tənhalıq problemi daha çox bələdiyyələrdə müşahidə olunur. Bu da insanların arzuladıqları sosial aktivliklə real həyatdakı imkanlar arasında uyğunsuzluqdan qaynaqlanır. Problemin həlli üçün kitabxanalar, təhsil mərkəzləri və “canlı ünsiyyət” üçün nəzərdə tutulan digər ictimai məkanların yaradılması təklif edilir.

Almaniya Bundestaqının vitse-prezidenti Bodo Ramelov mövzuya münasibət bildirərək deyib:

“Rəqəmsal dünya aldadıcıdır. Parlaq görüntülər insanın daxili boşluğunu və tənhalığını doldurmur”./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki