image-1742230521_trampbackend

ABŞ İranla əməkdaşlıq edən hansı ölkələri hədəf alıb? – AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp İranla əməkdaşlıq edən ölkələrin ABŞ ilə bütün əməliyyatlar üzrə 25 faiz rüsum ödəyəcəyini bildirib.

Tramp əlavə edib ki, bu qərar qətidir və icrası məcburidir.

Qərarın beynəlxalq ticarətə və ABŞ-nin müttəfiqləri ilə münasibətlərinə mümkün təsirləri necə qiymətləndirilir?

Referans Media  xəbər verir ki ,bununla bağlı Sfera.az-a açıqlama verən siyasi ekspert Çingiz Şabhazi xatırladıb ki, ABŞ prezidenti Donald Tramp özünün sosial media hesabında, İranla əməkdaşlıq edən ölkələrə istinad edərək xəbərdarlıq edib:

“O bu ölkələrə, ABŞ ilə aparılan ticarət əməliyyatlarında, 25 faiz tarif tətbiq olunacağını elan edib. Qərar dərhal qüvvəyə minir və qəti şəkildə tətbiq olunacağı barədə artıq məlumat yayılıb. ABŞ tərəfindən belə bir addımın atılması heç şübhəsiz ki, İranda baş verənlərlə bağlıdır və bilirsiniz ki, İranın mövcud molla rejimi etirazlara qarşı amansız silahlı müdaxilə həyata keçirib: yüzlərlə insan qətlə yetirilib və minlərlə yaralı, həbs edilənlər var. Donald Tramp vəziyyətə dair bəyanatla münasibət bildirib və İran hakimiyyətini bu əməllərdən çəkindirmək məqsədi ilə təhdid edib, hərbi müdaxilə ilə xəbərdarlıq olunub və sairə. Trampın indiki müraciəti İranla bağlı olsada, amma, xəbərdarlıq üçüncü ölkələrə aiddir. Bu kimi hallar ənənəvi ikitərəfli sanksiyalardan fərqlənir. Çünki üçüncü ölkələri hədəf alınıb və əlbəttə ki bu hal, beynəlxalq ticarət münasibətlərinə öz təsirini göstərir və bu istiqamətdə vəziyyəti çətinləşdirir. Çünki, belə rüsum artımları qeyri müəyyənlik ortamı yaradır və qiymət artımına səbəb olur. Bu da öz növbəsində qlobal iqtisadi artıma mənfi təsir göstərir və müttəfiqlik və tərəfdaşlıq münasibətlərində də gərginlik yarada bilər”.

Ç.Şahbazi əlavə edib ki, bu cür addımların hüquqi əsasları və mexanizmləri mübahisəlidir və belə hallarda beynəlxalq hüquqa müraciət olunarsa, məsələ beynəlxalq hüquq normaları çərçivəsində qiymətləndirilə bilər.

“Heç şübhəsiz ki, ABŞ-nin bu addımı beynəlxalq hüquq normalarına uyğun deyil və Vaşinqtonun qanunvericilik bazasında bu qərar öz təsdiqini tapmayıb və belə olan halda ABŞ-nin müttəfiqləri bu qərara öz etirazlarını bildirə bilərlər. Avropa ittifaqı ölkələri, Yaponiya və Cənubi Koreya ABŞ-nin əsas müttəfiqləri olaraq İranla azhəcmli ticarət dövriyyəsinə malik ölkələrdir. Bu baxımdan hesab etmək olar ki, qərar qısamüddətli olarsa, ABŞ-nin bu addımına heç bir ölkə qarşı çıxan deyil. Uzunmüddətli perspektivdə davam etməsi nəticəsində əlbəttə ki, dünya miqyasında siyasət və ticarət dinamikasına öz təsirini göstərəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki