ABŞ administrasiyası 39 ölkəyə tətbiq edilən viza məhdudiyyətlərindən iri yarışların idmançılarını, məşqçilərini və texniki heyətini azad edib.
Referans Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
İstisnalar 2026-cı il Futbol üzrə Dünya Çempionatına, 2028-ci il Olimpiya Oyunlarına, Panamerika və Paralimpiya Oyunlarına, həmçinin ABŞ-ın milli federasiyaları və peşəkar liqalarının yarışlarına, o cümlədən NBA, NFL, MLB, NHL, NASCAR və Formula 1-ə şamil olunur.























