ABŞ Prezidenti Donald Tramp İranla bağlı məsələdə gələn bazar gününə qədər son tarix müəyyən edib.
Referans Media xəbər verir ki, bu barədə İsrailin “N12” telekanalının yaydığı məlumatda qeyd olunub.
Nəşrə görə, bu müddət çərçivəsində Tehranın müəyyən tələblərə cavab verməsi gözlənilir.
Bildirilir ki, əks halda, Vaşinqton əlavə addımlar ata bilər və yeni hücum istisna edilmir.
Hələlik rəsmi mənbələr tərəfindən bu məlumat təsdiqlənməyib. Qeyd olunur ki, bu cür ultimatum xarakterli yanaşmalar regionda gərginliyin artmasına səbəb ola bilər./Globalinfo.az























