image-ibrahim-zulfukaribackend

Tramp ordunun uğurunu elan etdi: İrandan təkzib gəldi

“ABŞ ordusunun vurulan F-15 qırıcı təyyarəsinin ikinci pilotunu xilas etmək əməliyyatı uğursuz olub”.

Referans Media xəbər verir ki, bunu İranın Xatəm əl-Ənbiya Hərbi Komandanlığının Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfəqari deyib.

“İki “Black Hawk” helikopteri və bir C-130 hərbi nəqliyyat təyyarəsi də daxil olmaqla düşmənin hava hədəfləri İsfahanın cənubunda vurulub”, – deyə o bildirib.

Əlavə edilib ki, zərbələrdən sonra ABŞ Silahlı Qüvvələrinin texnikası alovlanıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti axtarış-xilasetmə əməliyyatının uğurla başa çatdığını elan etmişdi.

O, ikinci pilotun İran dağlarında cəbhə xəttində olduğunu bildirmişdi. Ağ Ev sakini vurğulamışdı ki, amerikalı əsgər yaralanıb./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki