Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio bu gün Vaşinqtonda görüş keçirərək “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” (TRIPP) layihəsinin icra çərçivəsini açıqlayıblar.
Referans Media erməni mediasına istinadən xəbər verir ki, aşağıda dərc edilən bu sənəd 2025-ci il avqustun 8-də Ağ Evdə əldə olunmuş öhdəliklərin həyata keçirilməsi istiqamətində yeni mərhələ kimi qiymətləndirilir və Cənubi Qafqazda davamlı sülhün təşviqinə xidmət edir.
İcra çərçivəsi TRIPP-in fəaliyyət mexanizmini konkretləşdirir və Ermənistan ərazisindən maneəsiz, multimodal tranzit bağlantısının yaradılmasını nəzərdə tutur. Layihə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməklə yanaşı, Transxəzər ticarət marşrutunda mühüm həlqə formalaşdırmağı hədəfləyir. Gözlənilir ki, TRIPP beynəlxalq və daxili bağlantılar baxımından qarşılıqlı faydalar yaradacaq./sfera.az























