85 il sonra üzə çıxdı: Gölün dibində bütöv avtomobil karvanı - FOTO

Rusiyanın şimal-qərbində, Sankt-Peterburq yaxınlığında yerləşən Ladoqa gölünün dibində İkinci Dünya müharibəsi illərindən qalan bir neçə yük və minik avtomobili aşkarlanıb.

Referans Media Musavat.com-a istinadən xəbər verir ki, “Divo” sualtı klubunun üzvləri, Rusiya DOSAAF-ı və “Dəniz geodeziyası” şirkətinin birgə ekspedisiyası zamanı avtomobillər təxminən 35 metr dərinlikdə tapılıb.

İlkin məlumatlara görə, maşınlar 1941-ci ilin payızında batıb. Gölün dibində avtomobillər bir-birinin ardınca düzülmüş vəziyyətdədir. Mənzərə sanki bütöv bir avtomobil karvanının yolun ortasında dayanmasını xatırladır. Lakin bu “dayanacaq” artıq 85 ilə yaxındır davam edir.

Aşkarlanan avtomobillər arasında iki QAZ-AA yük maşını, ZİS-101 minik avtomobili və Amerikanın “Graham” markasına aid bir neçə avtomobil var.

Ekspedisiya iştirakçıları tapıntıların hansı şəraitdə gölün dibinə batdığını araşdırırlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki