image-tramp-putinbackend

Trampla Putin arasında kritik danışıq: Bu məsələ gündəmə gəldi

ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Referans Media xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, telefon danışığı Trampın təşəbbüsü ilə baş tutub.

“Tramp cari məsələləri, ilk növbədə İran ətrafındakı vəziyyəti və Ukrayna münaqişəsinin həlli məsələsini müzakirə etmək üçün Putinə zəng edib. Söhbət həmişəki kimi konstruktiv keçib və təxminən bir saat davam edib”, – deyə Kreml rəsmisi bildirib.

Bu, Putin və Tramp arasında iki aydan çox müddətdə ilk söhbətdir və ABŞ ilə İsrailin İrana hücumundan bəri ilk məlum təmasıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki