image-trump-tan-tarihte-bir-ilk-savurdugu-tehdit-19598955_8525_mbackend

Trump tarixdə bir ilkə imza atdı – Təhdidləri dünyanı təşvişə saldı

ABŞ Prezidenti Donald Tramp tarixi bir rekorda imza ataraq ən uzun xalqa müraciət çıxışını edib.

Referans Media xəbər verir ki, çıxışında İranla bağlı açıq mesajlar verən Tramp deyib: “İran ABŞ-ı, hətta Avropa torpaqlarını vura biləcək raketlər hazırlayır. Şeytanca nüvə  fəaliyyətlərinə davam edirlər. Mən İranla diplomatiyadan yanayam, amma nüvə tədqiqatlarına icazə verməyəcəyəm. Heç bir ölkə ABŞ ordusunun qərarlılığından şübhələnməməlidir.”

ABŞ Prezidenti Donald Tramp bildirdi ki, İranın nüvə silahına sahib olmasına imkan verməyəcək. O, Amerikanın neft istehsalının gündəlik 600 min bareldən çox artdığını da qeyd edib. Həmçinin, dərman qiymətlərini tarixdəki ən aşağı səviyyəyə gətirdiyini vurğulayıb.

Tramp, ABŞ Konqres Binası, Nümayəndələr Palatasının zalında ikinci dövrü üçün xalqa müraciət edib. Bu çıxış tarixdə ən uzun xalqa müraciətidir. Çıxışı zamanı Demokrat Konqres üzvü Al Green polis tərəfindən zaldan çıxarılıb.

Tramp çıxışında əlavə edib: “ABŞ-ın qızıl dövrü başladı. Vəzifəyə xaosla başladım, amma tarixi dəyişiklikləri həyata keçirdim. Sərhədimiz təhlükəsizdir, inflyasiya azalır, rifah artır. ABŞ heç vaxt olmadığı qədər hörmət görür. Ölkəmizi sevənlər üçün qapılar açıqdır. Bayden bizə ən yüksək inflyasiya ilə vəzifəni təhvil verdi, amma biz aşağı faizlə əmlak böhranını həll etdik. Tarixdə görünməmiş iş imkanlarına çatdıq.”

“Avtomobil kreditlərini vergidən düşülə biləcək hala gətirdik. Uşaqlar üçün vergidən azad Tramp hesabları açdıq. Amerikanın neft istehsalı gündəlik 600 min bareldən çox artıb. Yeni dostumuz və tərəfdaşımız Venesueladan 80 milyon bareldən çox neft aldıq.”

“Gömrük vergiləri ilə ABŞ-a yüzlərlə milyard dollar gətirdik. Müharibələri bitirərkən gömrük vergilərindən istifadə etdik və bundan sonra da alternativ yollarla davam edəcəyik. Bayden və tərəfdaşları rekord inflyasiyaya səbəb oldu. Qida məhsullarında ucuzlaşma davam edir.”

“Obamacare adlanan böyük sığorta şirkətlərini zəngin etməyə xidmət edən proqramı ləğv etdim. Xərcləri azaltmaqla dərman qiymətlərini tarixdəki ən aşağı səviyyəyə gətirdim. Vəzifəmiz ABŞ vətəndaşlarını qorumaqdır, miqrantları yox.”

Tramp İranın fəaliyyətlərini də sərt tərzdə tənqid edib: “İranda ən az 32 min etirazçı öldürülüb. Onlar nüvə fəaliyyətinə yenidən başlamaq istəyirlər. Anlaşma etmək istəyirlər, amma ‘nüvə silahına sahib olmayacaq’ sözünü eşitmədik. Mən İranın nüvə silahına sahib olmasına icazə verməyəcəyəm. Diplomatiyadan yanayam, amma nüvə silahına  yol vermərəm. Heç bir ölkə ABŞ ordusunun qərarlılığından şübhələnməməlidir.Ukrayna aldığı bütün silahların ödənişini əvvəlcədən edir. Meksika kartellərini terror təşkilatı kimi elan etdik. Dünən ən böyük kartellərdən birini məhv etdik.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki