Türkiyənin Aydın bölgəsində Bizans dönəminə aid olduğu güman edilən dua kitabı tapılıb.
Referans Media xəbər verir ki, Aydında polisin keçirdiyi əməliyyat nəticəsində qaçaqmalçılıqla məşğul olan bir nəfər saxlanılıb.
Həmin şəxsin üzərində tapılan əşyalardan biri də dəri üzərində əl ilə hazırlanmış, qızıl işləməli 16 səhifəlik dua kitabı olub.
Kitabın ən az 600 il əvvələ aid olduğu güman edilir. Kitabın videosu sosial şəbəkələrdə yayılıb və Türkiyədə müzakirələrə səbəb olub.
Görüntüləri təqdim edirik:
Aydın’da Bizans dönemine ait olduğu değerlendirilen altın işlemeli dua kitabı ele geçirildi. pic.twitter.com/MUTBGp5Fqz
— BPT (@bpthaber) March 25, 2026























