Türkiyə Estoniyada reaktiv mərmilərin istehsalı üçün zavod tikəcək.
Referans Media xəbər verir ki, Türkiyənin “Arca” hərbi sənaye müəssisəsi Estoniyada minaatan və artilleriya mərmiləri istehsalı üzrə yeni zavod inşa edəcək.
Estoniya Müdafiə Nazirliyinin Dövlət Müdafiə İnvestisiyaları Mərkəzinin (RKIK) məlumatına görə, layihənin dəyəri 300 milyon avro təşkil edir. Zavodun 2028-ci ildə fəaliyyətə başlaması planlaşdırılır.
155 mm-lik mərmilər və minaatan sursatları seqmentinə baxsaq, bu cür sursatlara tələbatın birbaşa Estoniyanın özündə olduğu aydındır. Mövcud məlumatlara görə, bu ölkənin ordusunda Cənubi Koreya istehsalı olan təxminən 24 ədəd tırtıllı K9 özüyeriyən artilleriya qurğusu və Fransadan alınmış (2025-ci ilin avqustunda təhvil verilmiş) 12 ədəd təkərli “CAESAR” özüyeriyən artilleriya qurğusu var. Bundan əlavə, 81 mm və 120 mm kalibrli 120-dən çox minaatan mövcuddur. Lakin hazırda Estoniya ordusunda 122 mm-lik reaktiv mərmilərin istifadə oluna biləcəyi reaktiv yaylım atəş sistemləri yoxdur. Məsələnin maraqlı tərəfi də məhz bundadır.























