image-imamoglubackend

Türkiyə bu xəbərlə çalxalanır: İmamoğlunun sevgilisi məşhur şəxs imiş

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının hazırda həbsdə olan üzvü, İstanbul Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlu ilə bağlı yeni iddialar rezonans doğurub. 

Referans Media  xəbər verir ki, Türkiyədə bir müddətdir məşhurlara qarşı keçirilən narkotik əməliyyatları çərçivəsində tanınmış voleybolçu Dərya Çayırqan da saxlanılıb.

Çayırqanın həmçinin İmamoğlunun sevgilisi olduğu, bələdiyyə sədrinin həyat yoldaşının da bunu bildiyi iddia edilib.

Məlumata görə, Çayırqan istintaq çərçivəsində verdiyi ifadədə İmamoğlu ilə yaxın əlaqələri, narkotik satışının detalları və qazanılan pulun transfer prosesi ilə bağlı hər şeyi etiraf edib.

Saxlanılanlardan Rabia Karaca adlı bir şəxs də Dərya Çayırqanın İmamoğlu ilə münasibətinin olduğunu, görüşdüklərini və voleybolçunun sadəcə onun tapşırıqlarını yerinə yetirdiyini deyib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki