Türkiyə Milli Müdafiə Nazirliyi 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib.
“Referans” xəbər verir ki, nazirlik bu barədə “X” sosial media hesabında paylaşım edib.
“Bir dəfə yüksələn bayraq bir daha enməz! Tarixi, dili və millət olma şüuru ilə birləşən böyük Türk dünyasının iki sarsılmaz dövləti – Türkiyə və Azərbaycan!
“Bir millət, iki dövlət” anlayışı ilə hər zaman çiyin-çiyinə dayandığımız qardaş Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir, şanlı Türk millətinin ayrılmaz parçası olan Azərbaycan xalqını sevgi və qürurla salamlayırıq” – paylaşımda qeyd olunub.