image-bicaq-7backend

Türkiyədə faciə: iki müəllim və bir şagird bıçaqlandı

Türkiyədə lisey şagirdi iki müəllim və bir uşağı bıçaqlayıb.

Referans Media  xəbər verir ki, bu barədə Türkiyə KİV-lərində məlumat yayılıb.

Hadisə bu gün İstanbulun Çekmeköy bölgəsindəki bir liseydə yaşanıb.

İstanbul valiliyi də məsələ ilə bağlı açıqlama yayıb:

“Hadisə yerinə Təcili Tibbi Yardım və polis qrupları göndərilib. Yaralı üç nəfər müalicə üçün ərazidəki xəstəxanalara aparılıb, hücum edən şəxs saxlanılıb”.

Məlumata görə, üç nəfərdən birinin vəziyyəti ağır olaraq qalır, digər ikisinin isə həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma başlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki