Türkiyədə qanunsuz ovçuluğa qarşı mübarizə davam edir. Ötən il 7 073 nəfər qanunsuz ov edərkən yaxalanıb. Onlara 78 milyondan çox lirə inzibati cərimə, 107 milyon 668 min lirə isə təzminat tətbiq olunub.
Referans Media xəbər verir ki, T.C. Tarım ve Orman Bakanlığı Doğa Koruma ve Milli Parklar Genel Müdürlüğü (DKMP) tərəfindən aparılan nəzarət çərçivəsində 2 498 mühafizə əməkdaşı, 2 449 fototələ və 40 dron vasitəsilə ölkə üzrə monitorinq həyata keçirilir.
2003–2025-ci illərdə ümumilikdə 123 mindən çox şəxsə 268 milyon lirədən artıq cərimə kəsilib, 29 mindən çox şəxs isə 4,18 milyard lirədən artıq təzminat ödəyib.
Nəsli kəsilməkdə olan heyvanların ovuna görə cəzalar daha ağırdır. Məsələn, Anadolu Parsı ovlayan şəxs 45 milyon lirə təzminat ödəməlidir.
Rəsmilər bildirir ki, sərt nəzarət və yüksək cərimələr qanunsuz ovçuluğun azalmasına səbəb olub.
